Sənətdən Peşəkarlığa Gedən Yol
"İstedad Başlanğıcdır, Təhsil isə Zəmanət"
Akademik Təhsil və Sənaye Nizamı
Kino və televiziya sektoru kənardan yalnız parıltılı bir dünya kimi görünsə də, əslində arxa planda saat kimi işləyən, böyük bir nizam və intizama sahib nəhəng bir sənayedir. Bu sənayedə qalıcı olmağın yeganə yolu isə xam istedadı akademik təhsillə formalaşdırmaqdır.
Aktyorluq yalnız kameranın önündə mətn oxumaq deyil; xarakterin psixologiyasını anlamaq, bədən dilini idarə etmək, işıq və səs texnikalarına hakim olmaq sənətidir. Bu səbəbdən, peşəkar təhsil almaq bir seçim deyel, bu sahəyə addım atmaq istəyən hər kəs üçün mütləq bir zərurətdir.
Sektorun Dinamikalarına Uyğun İxtisaslaşmış Təlimlər
Klassik universitet təhsili sənətin nəzəri əsaslarını öyrətsə də, müasir kino sektorunun sürəti və dinamikası daha spesifik və praktik həllər tələb edir. Məhz bu ehtiyacdan dolayı, aktyorluq məktəbləri və akademiyalar eynilə ali təhsil ocaqları kimi xüsusi proqramlar təklif edir.
Kamera önü aktyorluq, səs və diksiya, hərəkət və döyüş xoreoqrafiyası kimi alt sahələrə yönəlmiş sürətləndirilmiş və intensiv təlimlər, namizədləri birbaşa çəkiliş meydançasının reallıqlarına hazırlayır. Bizim məqsədimiz də iştirakçıları ən qısa zamanda ən yüksək peşəkarlıq səviyyəsinə çatdırmaqdır.
Sertifikatlar: Sektorun Qapılarını Açan "Pasport"
Təhsilin keyfiyyəti qədər, onun etibarlılığı da böyük önəm daşıyır. Akademiyamızda tədris edilən proqramları uğurla başa vuran iştirakçılara təqdim edilən təhsil sənədləri sadəcə bir kağız parçası deyil; rejissorlar, prodüserlər və kastinq direktorları tərəfindən tanınan bir zəmanət sənədidir.
Bu sənəd sizin set adabını bildiyinizi, texniki komandaya uyğunlaşa biləcəyinizi və layihəyə peşəkar yanaşacağınızı sübut edir. Təhsilli bir aktyor, istehsalat komandası üçün hər zaman ən etibarlı investisiyadır.