YADDAŞ
Uşaqlıqda valideynlərinin qətlinə şahid olan Yusif illər sonra intiqam almaq üçün geri qayıdır. Lakin onun yaddaşına yeridilən yalanlar həqiqətlə toqquşanda qarşısında təkcə öz keçmişi deyil, ölkənin ən təhlükəli cinayət şəbəkəsi dayanır.
Serial Haqqında
"Yaddaş" keçmişin qaranlıq sirlərinin, insan yaddaşının və həqiqətin gücünün hekayəsidir. Serial insan talelərini, sevgi və xəyanəti, həmçinin cinayət dünyasının gizli tərəflərini paralel şəkildə göstərir.
Hadisələr illər əvvəl baş verən bir qətllə başlayır. Balaca Yusifin valideynləri amansızcasına qətlə yetirilir. Bu cinayətin arxasında isə "Hacı Zahid" adı ilə nüfuz qazanmış, böyük cinayət şəbəkəsinin başında duran Zahid dayanır. Azərbaycan Polisi illər keçsə də bu qaranlıq hadisənin izlərini araşdırmağa davam edir.
Təsdiqlənmiş Aktyorlar
İstehsalat Qrupu
- Quruluşçu RejissorXəyal Kərimbəyli
- Layihə RəhbəriElman Allahverdiyev
- Ssenari MüəllifləriElman Allahverdiyev, Şaiq Mursaliyev
- Baş ProdüserlərPərviz MalikƏjdər & Atila Uysal
Niyazov Lətif Ən Gənc Ulduzumuz
Uşaqlar üçün dram və aktyorluq təlimləri onların özgüvənli fərdlər kimi yetişməsində çox önəmlidir. Lətif bizdən təhsil alan və qısa müddətdə çox böyük uğurlara imza ataraq "Yaddaş" layihəsinə seçilən istedadlı tələbəmizdir. Ailəsinin də böyük dəstəyi ilə o, kamera qarşısında möhtəşəm işlər görür! Siz də övladınızın istedadını kəşf etməsini və belə böyük layihələrdə yer almasını istəyirsinizsə, peşəkar təlimlərimizə müraciət edin.
Uşaq Təlimlərinə Qeydiyyatİlkin İzləmələr (Teaser)
Səhnə Arxası (Backstage)
Layihə mətnlərinin məxfiliyinə görə səhnə arxası (backstage) görüntülərini məhdud sayda paylaşırıq. Daha çox kadr üçün bu səhifəni mütəmadi olaraq ziyarət edin.
Yaddaş: Detallı Sinopsis
Logline
Uşaqlıqda valideynlərinin qətlinə şahid olan Yusif illər sonra intiqam almaq üçün geri qayıdır. Lakin onun yaddaşına yeridilən yalanlar həqiqətlə toqquşanda qarşısında təkcə öz keçmişi deyil, ölkənin ən təhlükəli cinayət şəbəkəsi dayanır. Bu mübarizədə isə Azərbaycan Polisi və prinsipial polis rəisi Əfqan bəy ədaləti bərpa etmək üçün amansız mübarizə aparırlar.
Serial haqqında
“Yaddaş” keçmişin qaranlıq sirlərinin, insan yaddaşının və həqiqətin gücünün hekayəsidir. Serial insan talelərini, sevgi və xəyanəti, həmçinin cinayət dünyasının gizli tərəflərini paralel şəkildə göstərir.
Hadisələr illər əvvəl baş verən bir qətllə başlayır. Balaca Yusifin valideynləri amansızcasına qətlə yetirilir. Bu cinayətin arxasında isə cəmiyyət arasında hörmət sahibi kimi tanınan, “Hacı Zahid” adı ilə nüfuz qazanmış, əslində isə böyük cinayət şəbəkəsinin başında duran Zahid dayanır. Zahid izlərini ustalıqla gizlədir və illər boyu qanundan yayınmağı bacarır.
Lakin bu cinayət hüquq-mühafizə orqanlarının yaddaşından silinmir. Azərbaycan Polisi illər keçsə də bu qaranlıq hadisənin izlərini araşdırmağa davam edir.
İllər sonra Zahidin qarşısına iki güclü iş adamı çıxır: Fuad və Azər. Yetimxanada böyüyən, həyatın çətin yollarından keçərək ayaqda qalan bu iki gənc qısa müddətdə böyük nüfuz qazanırlar. Onların yüksəlişi Zahidin qurduğu cinayət şəbəkəsinə ciddi təhlükə yaradır.
Zahid onları aradan götürmək üçün məkrli plan qurur. O, uşaqlıq travması ilə yaşayan Yusifi manipulyasiya edir və valideynlərinin qatili kimi Fuad və Azəri göstərir. İntiqam hissi ilə yaşayan Yusif bu yalana inanaraq onların həyatına daxil olur.
Lakin hadisələr inkişaf etdikcə Yusif Zahidin söylədikləri ilə gördükləri arasında ziddiyyətlər hiss etməyə başlayır və həqiqətin fərqli ola biləcəyini anlayır.
Sujet xətti
Serial boyu bir tərəfdə cinayət dünyasının gizli əlaqələri, digər tərəfdə isə Azərbaycan Polisinin cinayətkarlığa qarşı apardığı çətin və məsuliyyətli mübarizə göstərilir.
Bu mübarizənin başında prinsipial, cəsarətli və təcrübəli polis rəisi Əfqan bəy dayanır. O, uzun illərin peşəkar təcrübəsinə malikdir və cinayətkarlığa qarşı qətiyyətli mövqeyi ilə tanınır. Əfqan bəy və onun komandası Zahidin rəhbərlik etdiyi cinayət şəbəkəsini ifşa etmək üçün riskli əməliyyatlar həyata keçirir, gizli əlaqələri araşdırır və illərlə gizlədilən cinayətlərin izinə düşür.
Zahid nüfuzundan və gizli əlaqələrindən istifadə edərək hər dəfə qanundan yayınmağa çalışsa da, Azərbaycan Polis əməkdaşlarının səbrli və peşəkar fəaliyyəti nəticəsində onun qurduğu qaranlıq imperiyanın divarları tədricən dağılmağa başlayır.
Sevgi xətti
Bu qaranlıq dünyanın içində Yusifin həyatına işıq saçan bir ad var – Dəniz. Uşaqlıq dostluğu illər sonra yenidən qarşılaşma ilə sevgi hekayəsinə çevrilir. Lakin onların sevgisi gizli həqiqətlər və təhlükəli keçmiş səbəbindən ciddi sınaqlarla üzləşir.
Final
Hadisələrin kulminasiyasında bütün sirlər üzə çıxır. Yusif valideynlərinin əsl qatili ilə üz-üzə qalır. Polis rəisi Əfqan bəyin rəhbərliyi ilə keçirilən genişmiqyaslı əməliyyat nəticəsində Zahidin cinayət şəbəkəsi ifşa olunur.
İllərlə gizlədilən cinayətlər açılır, günahkarlar qanun qarşısında cavab verir və ədalət gec də olsa öz yerini tapır.
Mesaj
“Yaddaş” yalnız intiqam və həqiqət hekayəsi deyil. Bu serial Azərbaycan Polis əməkdaşlarının fədakar xidmətinin, çətin və təhlükəli mübarizəsinin və qanunun aliliyinin təntənəsinin hekayəsidir.